Səudiyyə kralı: "Bizə atılan raketlər İranda hazırlanır"

16 Aprel 2018 01:07 (UTC+04:00)

Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlərə görə məsuliyyəti İran daşıyır. Axar.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının sammitində çıxışı zamanı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz deyib.

"Yəmən böhranı husilərə görə davam edir. Bizim ərazimizə atılan raketlər İranda hazırlanır", - deyə o bildirib.