Feysbuk Mark Zukerberqin təhlükəsizliyi üçün 9 milyon dollar ayırıb

16 Aprel 2018 00:18 (UTC+04:00)

2017-ci ildə Feysbuk Mark Zukerberqin təhlükəsizliyinin təminatına 9 milyon dollar ayırıb. Axar.az xəbər verir ki, bu barədə informasiya şirkətin hesabatında yer alıb. Hesabatda bu məbləğin keçənilkindən 3,2 milyon dollar çox olduğu bildirilib.

Son üç il ərzində ümumilikdə Zukerberqin təhlükəsizliyi və özəl təyyarələrdə uçuşuna 20 milyon dollar ayrılıb. Şirkət təhlükəsizlik xərclərinin artmasını Zukerberqə qarşı artan təhdidlərlə əlaqələndirib.