Almaniyada iki təyyarə havada toqquşub

15 Aprel 2018 22:21 (UTC+04:00)

Almaniyada iki yüngülmotorlu təyyarə havada toqquşub. APA-nın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində azı 2 nəfər ölüb. Hadisə ölkənin cənub-qərb bölgəsində, Şvebiş-Xal şəhəri yaxınlığında baş verib.

Təyyarələrin hansı səbəbdən toqquşması hələ ki, məlum deyil.