Sabirabadda 5 otaqlı evdə yanğın olub

14 Aprel 2018 15:30 (UTC+04:00)

Sabirabadda yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, rayonun Qalağayın kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 5 otaqlı evin bir otağında ev əşyaları 3 m2 sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​