Yevlaxda baş verən yol qəzasında ölən və yaralananlar var

14 Aprel 2018 14:27 (UTC+04:00)

Aprelin 14-də gecə saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 286-cı kilometrliyində Yevlax ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verilir ki, “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobillə “KamAZ” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınının toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Emin İlham oğlu ölüb. İki nəfər müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar “Ford Transit” markalı avtomobildə olanlardır.

Faktla bağlı araşdırma aparılır.