Gürcüstan elektrik enerjisinin idxalını azaldıb

14 Aprel 2018 12:37 (UTC+04:00)

Ötən ay Gürcüstan Azərbaycandan 124 mln. 27 min kv/saat elektrik enerjisi idxal edib. Bu, fevral ayının göstəricisindən 25,9% azdır.

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan ümumilikdə 478 mln. 70 min kv/saat elektrik enerjisi idxal edib.

Mart ayında qonşu ölkənin Türkiyədən idxal etdiyi elektik enerjisinin həcmi isə 36 mln. 488 min kv/saat təşkil edib.