"Bəli, mən kişiyəm, amma sən yox” Röya

14 Aprel 2018 10:52 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylərdən danışıb. SİA-nın məlumatına görə, “Baku.ws”in İnstaqram səhifəsinin canlı yayımında olan müğənni ona ünvanlanan sualları cavablandırıb.

Röya A.Bəylərin ünvanına sərt sözlər deyib. Sənətçi məhkəmənin qərarından narazı olduğunu deyib: “Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təqhirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart yerə qoy”.

Qeyd edək ki, A.Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər demişdi. Qarşı tərəf onu məhkəməyə vermiş və 50 min təzminat istəmişdi. Hakim Röyanın tələbini rədd edib.