İslam Mehrəliyev bu görüntülərinə görə leriklilərdən üzr istədi VİDEO

13 Aprel 2018 16:06 (UTC+04:00)

Aktyor İslam Mehrəliyev 10 il bundan əvvəl “Zarafatsız” proqramında yayımlanan sujetinə görə tənqid edilib. SİA-nın məlumatına görə, İslamın Leriklə bağlı dediyi sözlər lerikliləri qəzəbləndirib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və böyük səs-küyə səbəb olub.

Mehrəliyev buna görə verilişlərin birində leriklilərdən üzr istəyib: “Azərbaycanın aktyoruyam, Lerik də ölkəmizin bir parçasıdır. Bizim operatorumuz, ssenaristimiz Lerikdəndir. Nə bilim ki, 10 ildən sonra bu, mənim başımda partlayacaq.

Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər məni pis başa düşmüsünüzsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. “Qələt elə” səhv deməkdir, lap qələt eləmişəm.

Öz sənətimizin içində olan insanlar gözügötürməməzlikdən bunu ortaya atıblar”.