Bahar Muradova səsvermə hüququndan istifadə edib FOTO

11 Aprel 2018 14:46 (UTC+04:00)

Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova prezident seçkiləri ilə bağlı səsvermə hüququndan istifadə edib.
SİA-nın verdiyi məlumata görə, vitse-spiker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.
Səsvermədən sonra Bahar Muradova ilk dəfə səsvermə hüququndan istifadə edən gənc Aslan Mirzəyevlə görüşüb və ona uğurlar arzu edib.