Azərbaycanın Litvadakı səfirliyində prezident seçkiləri mütəşəkkil keçir FOTO

11 Aprel 2018 11:37 (UTC+04:00)

Aprelin 11-də yerli vaxtla saat 10:00-a olan məlumata görə, Azərbaycanın Litvadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 38 saylı seçki məntəqəsində seçicilərin 16 faizi (18 nəfər) səs verib.

Səfirlikdən SİA-ya verilən məlumata görə, Litvada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst səs verməsi üçün hər cür şərait yaradılıb.