Azərbaycanın Ukrayna, Moldova və Belarusdakı səfirliklərində səsvermə vaxtında başlayıb

11 Aprel 2018 11:37 (UTC+04:00)

Azərbaycanın Ukrayna, Moldova və Belarusdakı səfirliklərində yaradılan seçki məntəqələrində səsvermə vaxtında başlayıb.

SİA-nın verdiyi məlumata görə, hər üç ölkədə yerli vaxtla səhər saat 08:00-da səsvermə başlayıb.

Səsvermə üçün diplomatik nümayəndəliklərimizdə hər cür şərait yaradılıb.

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.