UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar

7 Aprel 2018 15:09 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yarımçıq qalmış” tamaşası nümayiş olunub. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin hazırladıqları səhnə əsəri Aprel döyüşləri zamanı şəhid olmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib.

UNEC-dən SİA-ya bildiriblər ki, tamaşa Yefim Abramov və Leyla Bəyimin həmmüəllifi olduqları “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanıb.

UNEC-in Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş məzunları Tural Dadaşov və Mahir Mirzəyevin valideynləri universitetin müəllim və tələbələri ilə birlikdə tamaşanı izləyiblər.

Tələbələrin peşəkarlıqla ifa etdikləri səhnə əsəri maraqla qarşılanıb.