Əli Kərimlinin Kaninon Seyfəddinlə əlaqələri üzə çıxdı

4 Aprel 2018 19:42 (UTC+04:00)

Erməniyə dayı deyənlər Londonda "Daymon Serç Trend Market" Məhdud Səhmdar Cəmiyyəti yaradıblar

Bu gün siyasi arenada diqqət çəkən maraqlı məqamlardan biri də müxalif partiyalar daxilində ciddi qarşıdurmaların yaranması fonunda növbəti qopmaların baş verməsidir. Bu baxımdan, siyasi ekspertlər 11 aprel prezident seçkilərindən sonra seçkiləri boykot etmək kimi lüzumsuz taktikadan istifadə edən və eyni zamanda, uğursuz aksiyalarla özlərini son dərəcə rüsvayçı duruma salan AXCP və Müsavat kimi cəmiyyətdə nifrət obyekti olan partiyaların fəaliyyətlərini dayandırmağa məcbur olacaqlarını iddia edirlər. Bəs səbəb nədir? Niyə müxalifət partiyaları formalaşa bilmir? Məsələyə geniş münasibət bildirməzdən əvvəl, onu qeyd etmək lazımdır ki, bugünkü dağıdıcı müxalifət heç də müstəqil deyil. Yəni partiya sədrlərinin əlləri hansısa xarici qüvvələrin ciblərindədir. Atdıqları addımlar, verdikləri qərarlar "əl əli yuyar, əl də dönüb üzü yuyar" prinsipinə əsaslanır. Araşdırmalara və ekspertlərin konkret faktlarına əsaslanaraq, demək olar ki, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı , "MSDM"ın sədri İsa Qəmbər və "Milli Şura"nın sədri Cəmil Həsənli erməni lobbisi ilə və ya erməni diapora təşkilatlarına bağlı olan qüvvələrlə daha çox iş birliyi qururlar. Məhz erməni lobbisindən aldıqları maliyyə yardımlarına görə, dağıdıcı müxalif ünsürlər ermənilərin işğalcılıq siyasətlərindən danışmaqdan yayınır, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verir, məqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik edirlər. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsinin başlıca səbəbləri sırasına aid etmək olar. Məhz bu kimi faktlardan çıxış edən "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev Ə.Kərimli, A.Hacılı, C.Həsənli, İ.Qəmbər və digər dağıdıcı partiya sədrlərinin fəaliyyətlərinin araşdırılmasına zərurət olduğunu bildirib: "Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Ə.Kərimli öz liderini zəhərləyib öldürən adamdır. Elçibəy xəstə yatağında olanda, Ə.Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Ə.Kərimlinin sifarişi ilə "Azadlıq" qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Ə.Kərimli də, İ.Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə dəstəyi alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar".

Elnur Seyidovla iş birliyi Əli Kərimliyə 15 milyon dollar məbləğində qazanc gətirib

Əldə etdiyimiz dəlil və sübutlara görə, Ə.Kərimli xarici maraqlı dairələrlə geniş iş birliyi qurmaqla yanaşı, yaxın ətrafını Azərbaycanda müxtəlif siyasiləşmiş QHT-lərə, banklara yerləşdirməklə də külli miqdarda maliyyə vəsaitləri əldə etmək imkanları da qazanıb. Xüsusilə də, onun qaynı Elnur Seyidovla qurduğu iş brliyi hesabına əldə etdiyi milyonlar şaşırdıcı olmaqla yanaşı, bu şəxsin maliyyə maxinasiyaları həyat keçirmək də, xüsusi istedada malik peşəkar dələduz olduğunu da sübuta yetirir. Belə ki, Ə. Kərimlinin həyat yoldaşı Samaranın qardaşı Elnur Seyidov "Texnika" Bankın Yasamal rayon filialının müdiri olduğu zaman Ə.Kərimlinin tapşırığı əsasında, ümumilikdə, 15 milyon manat dövlət vəsaitlərini mənimsəyib. E.Seyidovun bacısı Aytən Seyidova həmin vəsaitlərin hesabına Londonda yaşayan bacısı Samara Kərimli ilə birlikdə biznes qurub, Londonun mərkəzində, əsasən, gözəllik salonu, parfümeriya mağazası və qızıl-zinət əşyaları mağazası açıblar.

Kərimli otel biznesində

Əldə etdiyimiz sənədlərə görə, Ə.Kərimlinin baldızı Aytən Seyidova Londonda yaşayan ərəb mənşəli Kaninon Seyfəddin adlı birinə ərə gedib. K. Seyfəddin Londonda otel biznesi ilə məşğul olur. Ə.Kərimlinin sifarişi və ayırdığı maliyyə hesabına A.Seyidova otellər şəbəkəsinin yaradılmasına nail olub. Biznes şəbəkəsini bir qədər də genişləndirən Seyidovlar Kaninon Seyfəddinlə birgə "Daymon Serç Trend Market" Məhdud Səhmdar Cəmiyyəti yaradıblar. Şirkət qızıl-briliant satışı ilə məşğuldur. "Daymon Serç Trend Market" Məhdud Səhmdar Cəmiyyətinin tərəfdaşları sırasında xüsusi yeri erməni lobbisinin idarə etdiyi otellər şəbəkəsi tutur. Bu iş birliyi sayəsində erməni lobbisi Seyidovaların bəzi sahələrə investitsiya qoyuluşuna yardımlar göstərirlər.

Redaksiyamızın poçtuna göndərilən məlumata görə, həm də məlum olur ki, Ə.Kərimlinin ailə qurduğu Tunisdən olan ərəb mənşəli Kaninon Seyfəddinin ana tərəfi də ermənidir. Elə buna görə də, Londonda ermənilərlə iş birliyi qurub, Fransa, İtaliya, Rusiya kimi dövlətlərlə müqavilələr bağlayıb, vətəndaşları cəlb edirlər ki, bu yolla da siyasi oyunbazlıqla məşğul olsunlar: "Ə.Kərimlinin oğlu Türkel də xalası A.Seyidovanın yanında, ərəb Kaninon Seyfəddinlə birgə çalışır və otel biznesi ilə məşğuldurlar. İş orasıdır ki, sənədləşmələrdəki pay bölgüsündə, hər kəsə 35 faiz olmaqla, A.Seyidova, K.Seyfəddin və Ə.Kərimli də var. Bu otellərdə Azərbaycan əleyhinə böhtan və şantaj xarakterli görüşlər və tədbirlər keçirilir. Əksər hallarda tədbirlərin təşkilatçıları ermənilər olur. Ermənilərin təsiri altına düşən bu ünsürlər onlarla iş birliyinə qoşulublar".

Marqlıdır ki, Ə.Kərimli bəzən iddia edir ki, guya onun maddi təminatını oğlu Türkelin Londonda milyonerlərin evlərinin layihələrini çəkərək, pul qazanmaqla həll edir. Təbii ki, bu məlumat içtimai rəyi aldatmaqdan başqa bir şey deyil. Çünki hesablamaya görə, Ə.Kərimli hər ay 12-15 min manat pul xərcləyir. Buraya özünün mühafizəçilərini də daxil etsək, bu da təqribən 20 min manat edir. Bu baxımdan, həm də, onu demək olar ki, heç bir halda tanınımış memarların və ya arxitektorların olduğu Londonda kimsə hırnan-zırı qanmayan tələbə qiyafəsində olan Turkel Kərimliyə nəyinki evinin, heç toyuq hininin layihəsini də çəkməyi tapşırmız.

Əli Kərimli ancaq sifariş yerinə yetirir

Faktlar sübut edir ki,. Türkel də xalası da, dolayısı ilə Ə,Kərimlinin özü də ermənilərlə iş birliyi qurublar, vəsaitləri də onlardan alırlar. Ə. Kərimlinin oğlu Türkel erməni qarışığı olan ərəb mənşəli Kaninon Seyfəddinlə erməni lobbisi ilə iş birliyindən qazandığı vəsaitləri həm ölkə hüdudlarından kənarda Azərbaycan əleyhinə təbliğata xərcləyir, həm də Azərbaycana, öz atasına göndərir ki, ermənilərin ölkəmiz əleyhinə çirkli siyasəti atasının təşkilatçılığı ilə yerinə yetirilsin.

Ə.Kərimli də, ermənilərdən aldığı vəsaitlərin hesabatını vermək məqsədi ilə mitinqlər təşkil edir, şəkillərini çəkib, həmin erməni lobbilərinə, iş birliyində olduğu düşmən qüvvələrə göndərir ki, aldığı vəsaitlərin hesabatını versin.

Fikir verin, dağıdıcı müxalifətin xüsusilə də, Ə.Kərimlinin xisləti maliyyə yardımları əldə etmək xatirinə, milli və dövlətçilik marqalarını satmaqdır. Bu baxımdan, bir daha əminliklə demək olar ki, xalqdan ayrı düşən dağıdıcı müxalifətin sağlam fəaliyyət yolu tutması və ya fəaliyyət göstərməsi mümkün deyil. Partiya sədrlərinin yeniləri ilə əvəzlənməsi də heç nəyi dəyişməyəcək. Çünki indiki partiya liderlərinin qərəzli təbliğatları ilə zəhərlənən sədrliyə yeni namizədlər postlarından oturduqdan sonra xələflərindən fərqli siyasət aparacaqları inandırıcı deyil. Bu baxımdan, hazırkı müxalif partiyaları fəaliyyətlərini dayandıra və ya başqa partiyalara transfer olunana qədər, bu cür zəif və gücsüz formada siyasi arenada adları çəkiləcək.

İ.ƏLİYEV