“Bakcell”dən “Dayaniqli İnkişaf Məqsədləri”nin təşviqinə dəstək

30 Mart 2018 18:29 (UTC+04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşı oldu.

Radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 4 veriliş efirə veriləcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş verilişin növbəti buraxılışı “ASAN Radio”da 2 aprel 2018-ci il tarixində saat 18:20-də yayımlanacaq. BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və “İnternyus Azərbaycan” İctimai Birliyinin təlimlər üzrə koordinatoru, jurnalist Ülkər Qurbanzadə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təşviqində medianın rolunu müzakirə edəcək.

Verilişin təkrarı 4 aprel (saat 11:05-də) və 6 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri haqqında yazılar, reportajlar, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazar, bloqqer, vloqqer və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsi olub.

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.