PKK-ya məxsus 26 sığınacaq məhv edilib

24 Mart 2018 04:03 (UTC+04:00)

Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatına məxsus olan 26 sığınacaq məhv edilib. Axar.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus çox sayda partlayıcı və digər ləvazimat ələ keçirilib.