Ağcabədidə 3 otaqlı ev yanıb

24 Mart 2018 02:16 (UTC+04:00)

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda ümumi sahəsi 78 m2 olan birmərtəbəli 3 otaqlı evin 3 otağının yanar konstruksiyaları 48 m2 sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.