Azərbaycan millisi Belarus yığmasına uduzub

23 Mart 2018 22:25 (UTC+04:00)

Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. Millimiz Belarusla qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş Qurban Qurbanovun millimizin baş məşqçisi qismində ilk ev sınağı olub. Bu matçda millimiz 0:1 hesabı ilə uuzub.

Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşmışdı. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb. Qeyd edək ki, yığmamız növbəti yoxlama görüşünü martın 27-i Antalyada Makedoniyaya qarşı keçirəcək.


Yoldaşlıq oyunu

23 mart

20:00. Azərbaycan - Belarus - 0:1
Qol:
Maksim Medvedev, 42 - avtoqol
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu