Ağcabədidə yanğın olub

23 Mart 2018 14:29 (UTC+04:00)

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən SİA-ya verilən məlumata görə, rayonun Sarvanlar kəndində ümumi sahəsi 24 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.