Facebook-a məxsus şirkətin binası boşaldılıb

23 Mart 2018 00:15 (UTC+04:00)

Facebook-un məlumat mərkəzi olan “Kembric Analitik” şirkətinin Londondakı binasının yaxınlığında şübhəli bağlama tapılıb. Xəbər verilir ki, London polisi təhlükəsizlik məqsədilə şirkətdəki hər kəsin təxliyə olunduğunu açıqlayıb.

Qeyd edək ki, şirkət 50 milyon Facebook istifadəçisinin məlumatlarının satılması ilə gündəmə gəlib. Hadisədən dərhal sonra İngiltərədəki "Kembric Analitik" şirkətində axtarış aparılması barədə prokurorluqdan icazə tələb edilib və şirkətin CEO-su vəzifəsindən kənarlaşdırılıb.