Bernd Şuster Çin klubunda

21 Mart 2018 15:42 (UTC+04:00)

Məşhur almaniyalı mütəxəssis Bernd Şusterin yeni iş yeri müəyyənləşib. SİA-nın məlumatına görə, 58 yaşlı mütəxəssis Çinə üz tutub. O, “Dalian Yifanq” klubunun baş məşqçisi təyin edilib.

“Dalian Yifanq” Madrid “Atletiko”sundan Yannik Karrasko, Nikolas Qaytan, "Sauthempton"dan Joze Fonte kimi futbolçuları transfer edib.

Şuster Madrid “Real”ı, “Köln”, “Şaxtyor”, “Beşiktaş” və son olaraq 2013/14 mövsümündə İspaniyanın “Malaqa” klubunun baş məşqçisi olub.