Maykl Essyenlə müqavilə ləğv edilib

21 Mart 2018 15:21 (UTC+04:00)

Qanalı məşhur futbolçu Maykl Essyen İndoneziyanın "Persib Bandunq" klubundan ayrılıb. SİA-nın məlumatına görə, 35 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Xatırladaq ki, M.Essyen ötən ilin martından İndoneziya təmilçisində oynayırdı.