"Real" klubu 5 ulduz futbolçusu ilə yollarını ayıracaq

21 Mart 2018 10:58 (UTC+04:00)

"Real" futbol klubu yayda heyətində islahatlar aparacaq. SİA-nın məlumatına görə, "Kral Klubu" 5 ulduz futbolçusu ilə yollarını ayıracaq. Xarici mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Qaret Beyl, Kərim Benzema, Aşraf Hakimi, Markos Llorente və Borya Mayoral komandadan göndəriləcək. Əvəzində heyətə yeni futbolçular qoşulacaq.

Qeyd edək ki, "Real"ın "Tottenhem"dən Harri Keyn, "Liverpul"dan Məhəmməd Salah və "Çelsi"dən Eden Hazardı heyətinə qatmaq istədiyi bildirilir.