Fərdadan qarğış: "Şafak Sezerlə görüşməyimə mane olanlar ölsünlər" FOTO

21 Mart 2018 12:20 (UTC+04:00)

Aktyor Fərda Xudaverdiyev maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, aktyor "İnstagram" səhifəsində bunları yazıb: "Qardaş Türkiyəmizin əfsanə aktyoru Şafak Sezerlə danışdıq. Bir ildir məni axtarırmış, heç kim nömrəmi verməyib. Nəhayət, şükür qovuşdurana. Burada deyiblər, "təki qapıları Allahım açsın". Yaxında partlayışlara hazır olun. İndiyənə kimi mənim Şafakla görüşməyimə mane olanlar ölüb yerə girsinlər".