Myanma prezidenti istefa verib

21 Mart 2018 11:14 (UTC+04:00)

Myanma prezidenti U Txin Çjo istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi bildirilir.

Qeyd edək ki, 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə ölkə prezidenti seçilib.