“Real” bu qapıçıya görə 60 milyon avro ödəməyə razıdır

21 Mart 2018 05:48 (UTC+04:00)

“Real” “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. “Corriere dello Sport”un yazdığına görə görə, Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır. “Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq. Qeyd edək ki, “Roma”nın heyətində saxlamaq istədiyi braziliyalı qolkiperi “Liverpul” da transfer etmək istəyir.