Əsəd rejimi Şərqi Qutaya hücum edib, 59 dinc vətəndaş ölüb

21 Mart 2018 05:19 (UTC+04:00)

Əsəd rejimi və onun tərəfdarlarının Şərqi Qutaya hücumu nəticəsində 59 mülki vətəndaş ölüb. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, Əsəd rejimi və onun tərəfdarlarının mühasirədə saxladığı bölgənin bombalanması nəticəsində 56 mülki vətəndaş hadisə yerində, 3-ü isə xəstəxanada həyatını itirib. Sivil müdafiə rəsmiləri isə ara verməyən hücumlar səbəbi ilə bir çox ərazidə ölü və yaralılara kömək etməyin mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, Əsəd rejiminin son 5 gündə təşkil etdiyi hücumlarda 150 mülki vətəndaş həlak olub.