Çavuşoğlu Tillersona niyə zəng edib?

20 Mart 2018 01:02 (UTC+04:00)

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Prezidenti Donald Trampın istefaya göndərdiyi sabiq dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, Tramp martın 13-də Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq yeni dövlət katibi vəzifəsinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri Mayk Pompeonu təyin edib. ABŞ prezidenti qərarına belə aydınlıq gətirmişdi: “Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.