Mourinyo bu yeddi futbolçuya qapını göstərəcək

21 Mart 2018 00:19 (UTC+04:00)

"Mançester Yunayted" bu mövsümün sonu heyətində köklü dəyişikliklər etməyi planlaşdırır. Britaniya mətbuatının yaydığı xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo Deyli Blind, Kris Smollinq, Lyuk Şou, Ander Hererra, Xuan Mata, Maruan Fellayni və Antoni Martialla mövsüm bitdikdən sonra yolların ayrılmasının istəyir.

Əvəzində portuqaliyalı mütəxəssis Denni Rouz ("Tottenhem"), Fred ("Şaxtyor" Donetsk) və Qaret Beylin ("Real") komandaya transfer olunmasını klub rəhbərliyinə bildirib.