Səbail RİH qədim “Roma təcrübəsindən” səmərəli istifadə edir

20 Mart 2018 10:53 (UTC+04:00)

(Çörək və tamaşa)

Öz ənənələrinə sadiq qalan Səbail Rayon İcra Hakimiyyəti xalqımızın ən əziz bayramlarından olan Novruz münasibəti ilə rayonun qəsəbələri və yaşayış sahələrinin bir çox yerlərində Novruz tədbirləri təşkil edir, yerlərdə rayon sahıbkarları, iş adamlarının köməyi ilə biri-birindən böyük bayram xonçaları quraşdırılır.

Bu ənənə bir növ qədim dövrlərə təsadüf edən “Çörək və tamaşa” kimi Roma ənənələrinə də bir qayıdış idi. Rayonda təşkil olunan ənənəvi bayram tədbirlərində çəkisi 100 və daha çox olan xonçalar qurulmuş, Novruz personajları, tanınmış ifaçılar və özfəaliyyət nümayəndələrinin iştirakı ilə konsertlər təşkil olunub. Tədbirlərdən sonra isə xonçalardakı şirniyyat və meyvələr sakinlərə, imkansızlara, ərazidəki hərbi hissələrin əsgərlərinə paylanib.

Bu da öz növbəsində sakinlərin böyük maraqla qarşılanmışdır.