Gəncədə avtomobil piyadanı vurub

20 Mart 2018 02:19 (UTC+04:00)

Gəncədə avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gülüstan qəsəbəsində baş verib. Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Hüseynova Məlahət Mehman qızını avtomobil vurulub. Xəsarət alan 15 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.