Talibanın Pakistandakı sonuncu sığınacağı dağıdılıb

20 Mart 2018 00:02 (UTC+04:00)

Terrorçuların Pakistan ərazisindəki sonuncu sığınacağı da dağıdılıb. Axar.az xəbər verir ki, bu haqda Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin baş direktoru general-mayor Asif Qafur məlumat verib. Onun sözlərinə görə, 2014-cü ilədək əsas hədəf “Təhri-e Taliban Pakistan” qruplaşması olub və çoxsaylı terrorçu məhv edilib. 2014-cü ildən sonra isə “Xakkani şəbəkəsi” ilə mübarizə aparılıb və əminliklə demək olar ki, terrorçuların ölkə ərazisindəki sonuncu sığınacağı da dağıdılıb.

Asif Qafur vurğulayıb ki, terrorçular indiyədək 75 min insanı qətlə yetirib, ölkə iqtisadiyyatına 123 milyard dollar zərər vurublar.