ABŞ İŞİD liderlərini təxliyə edib

19 Mart 2018 22:06 (UTC+04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus helikopterlər vasitəsilə İŞİD rəhbərlərindən ibarət qrup Suriyanın cənub-şərqində yerləşən Qamışlı bölgəsinin şimal-şərqindən təxliyə edilib. Bu barədə SANA informasiya yayıb.

Məlumata görə, helikopterlər Qamışlı bölgəsinə enərək İraq əsilli 4 İŞİD liderini götürüb və naməlum istiqamətdə hərəkət edib. Qeyd edək ki, ABŞ qüvvələrinin İŞİD liderlərini təxliyə etməsi ilə bağlı xəbərlər vaxtaşırı gündəmə gəlir.