AFFA İK I Divizion klubuna texniki məğlubiyyət verdi

19 Mart 2018 15:25 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

12 mart 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun MOİK - “Binə” matçında MOİK komandasının heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur (maddə 51).

14 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).