Prezidentin köməkçisi MSK-nın tədbirində iştirak edir

19 Mart 2018 12:20 (UTC+04:00)

Bu gün Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası MTRŞ və Mətbuat Şurasının təşkilatçılığı ilə Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilir.

SİA-nın verdiyi məlumata görə, seminarda MSK sədri Məzahir Pənahov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.