Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

19 Mart 2018 12:11 (UTC+04:00)

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün 115 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Bildirilib ki, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.