“Barselona” 2 cavabsız qolla qalib gəlib

19 Mart 2018 10:27 (UTC+04:00)

İspaniya La Liqasında 28-ci turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, lider "Barselona" "Atletik"i qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, La Liqanın turnir cədvəlinə 75 xalla "Barselona" başçılıq edir. 64 xalı olan "Atletiko" ikincidir. "Valensiya" 59 xalla üçüncü, "Real" 57 xalla dördüncüdür. "Atletik" isə 35 xalla 13-cüdür.

“Barselona” - “Atletik” 2:0

Qollar: Pako Alkaser, 8, Lionel Messi, 30