Bakıda iki nəfəri avtomobil vurub

19 Mart 2018 06:23 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. "Report"un xəbərinə görə, hadisə gecə saatlarında Nizami rayonunda qeydə alınıb.

8-ci kilometr qəsəbəsi bazarının qarşısından yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Qəhrəmanov Ramin Aydın oğlunu naməlum markalı avtomobil vurub. Yaralının verdiyi məlumta görə, sürücü hadisə yerindən qaçıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bir nəfərin xəsarət alması ilə nəticələnən digər yol qəzası da Nizami rayonunda baş verib. "Ağ saray" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Zeynalabdin Saleh Elçin oğlunu naməlum markalı avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Yaralı valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.