Çavuşoğludan PKK-ya: "Sizdən maşa kimi istifadə edənlərə inandınız"

19 Mart 2018 03:17 (UTC+04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrinin mərkəzinin ələ keçməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Türk nazir Tvitterdə "Sizdən maşa kimi istifadə edənlərə inandınız, nəticəsi nə oldu?" yazaraq həm PKK-ya, həm də onun havadarlarına ismarış göndərib.

Çavuşoğlu həmçinin Afrinə Türkiyə bayrağının sancılması ilə bağlı görüntüləri də paylaşıb.