Ekzit-poll: Putin 77 faiz səs toplayıb

19 Mart 2018 00:02 (UTC+04:00)

Rusiyada keçirilən dünənki prezident seçkiləri ilə bağlı iki ekzit-pollun nəticəsi açıqlanıb. Axar.az xəbər verir ki, bir ekzit-pollun (FOM) nəticəsinə görə, Putin seçicilərin 77 faizinin səsini toplayıb. Qrudinin 11,8, Jirinovski isə 5,9 faiz səs verib. Ekzit-poll keçirən digər qurum isə Putinin 73,9, Qrudininin 11,2, Jirinovskinin 6,7 faiz qazandığını açıqlayıb.

***

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda seçici səslərinin 25,03 faizi sayılıb. Sayılan bülletenlərin nəticələrinə görə, hazırkı prezident Vladimir Putin 72,53 faiz səslə liderlik edir.

***

Artıq bülletenlərin 30 faizi sayılıb. Hazırkı nəticəyə görə, Putin 73,1 faiz səs toplayıb. Krım yarımadasında isə Putinin səsləri daha çoxdur – 91,7% (Sevastopolda 92%). Qeyd edək ki, seçkilərdə ümumi seçicilərin 59,85 faizi iştirak edib.

***

Seçicilərin 35%-dən çoxunun səsi hesablanıb. Hazırkı nəticələrə görə, Vladimir Putin Moskvada 72,62%, Peterburqda isə 79,51% səs toplayıb. Moskvada seçici aktivliyi 52,67% faiz olub. Ümumi nəticə isə belədir: Putin 73,73%, Qrudinin 14,42%, Jirinovski 6,6%, Sobçak 1,4% səs toplayıb.

***

Bülletenlərin 40 faizinin nəticəsinə görə, Putin 74.22% səs toplayıb.