Niderland idmançısı dünya kubokunun qalibi olub

18 Mart 2018 17:07 (UTC+04:00)

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokuna yekun vurulub. SİA-nın məlumatına görə, sonuncu yarışda - turnikdə hərəkətlərdə Niderland idmançısı Bart Deurlo bütün rəqiblərini qabaqlayıb. O, 14.700 xal qazanıb.

Belarus gimnastı Andrey Lixovitski 14.200 xalla 2-ci, xorvatiyalı Anton Kovaçeviç isə 14.166 xalla 3-cü yeri tutub.

Bununla da Bakıda idman gimnastikası üzrə dünya kuboku başa çatıb.