Daha bir Çin gimnastı Bakıda qızıl medal qazandı

18 Mart 2018 16:45 (UTC+04:00)

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə kişilər arasında dəstəli at yarışında qalib çinli idmançı Hao Venq olub. SİA-nın məlumatına görə, o, 15.100 xal toplayaraq bütün rəqiblərini üstələyib. İkinci yerdə Çin Taypey təmsilçisi Lee Çih Kai (14.766 xal) qərarlaşıb. İlk üçlüyü isə yaponiyalı Takaaki Sugino (14.633 xal) tamamlayıb.