Qocalar evində Novruz tədbiri

18 Mart 2018 16:29 (UTC+04:00)

Bu gün Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (Qocalar Evi) bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən pansionatın direktoru Qətibə Əsədova yaşlı insanları bayram münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.

Tədbirdə ahıl və ağbirçək insanlar onlara göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər. Bayram tədbiri musiqili-əyləncəli proqramla davam edib.