Putin səs verib

18 Mart 2018 13:49 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, martın 18-də Prezident Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səs verib. Qeyd edək ki, Rusiya dövlət başçısı müntəzəm olaraq bu məntəqədə səs verir. O, 2016-cı ildə Dövlət Dumasına və 2017-ci il bələdiyyə seçkilərində də seçimini məhz bu məntəqədə edib.