Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib

18 Mart 2018 11:03 (UTC+04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.