Torontoda bir nəfər küçədə güllələnib

18 Mart 2018 02:45 (UTC+04:00)

Kanadanın Toronto şəhərində bir nəfər küçədə naməlum iki şəxs tərəfindən güllələnib. Trend-in məlumatına görə, naməlum şəxslər öz avtomobilinə doğru gedən 26 yaşlı şəxsə arxadan bir neçə dəfə atəş açıblar. O, aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

Hazırda atəş açan şəxslərin axtarışı aparılır. Qeyd edək ki, bu, 2018-ci il ərzində Torontoda baş verən artıq 12-ci qətl hadisəsidir.