Hindistanda dəhşətli yol qəzası: 14 nəfər ölüb

17 Mart 2018 23:13 (UTC+04:00)

Hindistanın Bixar ştatında avtobus körpüdən aşıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Qəzanın səbəbləri açıqlanmır.