Xaçmazda mənzildən kişi meyiti tapılıb

18 Mart 2018 04:02 (UTC+04:00)

Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib. “Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Heydərov Xeyrulla İbad oğlunun cəsədini adiyyəti üzrə təhvil veriblər.