Qaxda yanğın olub

18 Mart 2018 00:04 (UTC+04:00)

Qaxda yanğın olub. FHN-nin saytında yer alan xəbərə görə, yanğın rayonun Qum kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.