Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.
SİA-nın verdiyi məlumata görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq.
İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.