Prezident seçkilərində səs verəcək Naxçıvan seçicilərinin SAYI

17 Mart 2018 13:01 (UTC+04:00)

Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb. Muxtar respublikada seçicilərin ümumi sayı 262874 nəfərdir. Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.